Almaniyanın “Lufthansa” aviaşirkəti Frankfurt-Bakı aviareysi üzrə uçuşları bərpa edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd olunub ki, Frankfurtdan Bakıya təyyarə həftənin bazar ertəsi və cümə axşamı günləri saat 22:20-də enəcək, Bakıdan isə uçuşlar hər həftənin çərşənbə və şənbə günləri saat 03:50-də yerinə yetiriləcək.