• 23 Sentyabr 2023
logo
Banqladeşin Energetika naziri: Alternativ enerji mənbələri sektorunda əməkdaşlıq zəruridir

Banqladeşin Energetika naziri: Alternativ enerji mənbələri sektorunda əməkdaşlıq zəruridir

Bərpa olunan enerji mənbələri sektoru vacib sahədir, bununla bağlı ölkələr arasında danışıqlar və əməkdaşlıq lazımdır.
Bunu Beynəlxalq Enerji Xartiyası Forumunda Banqladeşin energetika və mineral ehtiyatlar naziri Nəsrulla Həmid deyib.
O bildirib ki, Banqladeşdə enerjinin yalnız 64 faizi təbii qaz tədarükü hesabına təmin olunur.
Nazir vurğulayıb ki, Banqladeşin öz ehtiyatları məhdud olduğu üçün atom elektrik stansiyasının tikintisi nəzərdə tutulur: “Yaxın gələcəkdə biz bərpa olunan enerji mənbələrinə keçmək istəyirik”.