• 3 İyul 2022
logo
Mikayıl Cabbarov: "Altı ayda aktiv vergi ödəyicilərinin sayı 3,9% artıb"

Mikayıl Cabbarov: "Altı ayda aktiv vergi ödəyicilərinin sayı 3,9% artıb"

2021-ci ilin ilk altı ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9% artaraq 640 401, ƏDV ödəyicilərinin sayı 8,9% artaraq 31 738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5,8% artaraq 176 794 təşkil edib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, Azərbaycanda hazırda iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur.