• 12 Noyabr 2019
logo
add image
Nazir müavini: Azərbaycan taxıl logistikasının təhlükəsizliyini təmin etmək qabiliyyətindədir

Nazir müavini: Azərbaycan taxıl logistikasının təhlükəsizliyini təmin etmək qabiliyyətindədir

Azərbaycan ölkədən keçən marşrutlar vasitəsilə taxıl logistikasının təhlükəsizliyini təmin etmək qabiliyyətindədir.
Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.
Nazir müavini vurğulayıb ki, taxıl bazarı dünya iqtisadiyyatının strateji vacib sektorudur və Azərbaycan hökuməti taxıl istehsalı prosesinin təkmilləşdirilməsi, infrastrukturun optimallaşdırılması, aqrar sənayenin dəstəklənməsi, fermerlərin subsidiyalarla təmin olunması üçün daim səy göstərir.
R.Məmmədov Sahibkarlığın İnkişafı Fondunun işini qeyd edərək deyib ki, aqrar sektora 70 milyon dollardan çox güzəşt təqdim olunub, eləcə də ölkədə aqroparklar və taxılın saxlanması üçün elevatorlar yaradılır.
Nazirlik rəsmisi bildirib ki, 2018-ci ildə taxıl istehsalı 13 faiz artaraq 3,3 milyon ton, buğda istehsalı isə 12 faiz artaraq iki milyon ton təşkil edib. 2019-cu ilin ilk üç rübünün yekunlarına əsasən, taxılkimilərin yığımı 3,4 milyon ton, buğda yığımı 2,2 milyon tona bərabər olub.