• 26 Aprel 2024
logo
Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib - Elman Rüstəmov

Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib - Elman Rüstəmov

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il 55 valyuta hərracında 3,23 mlrd. ABŞ dolları satıb və hərracların 87%-də təklif tələbi üstələyib.

Bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, nəticədə ARDNF hərraclarda qənaət edib və bu günə Fondun qənaəti 539 mln. dollar təşkil edir. Valyuta bazarında isə profisit var və tam tarazlıq hökm sürür.