• 2 İyul 2025
logo
Azərbaycanda pul bazası 5,6 faiz artıb - Mərkəzi Bank

Azərbaycanda pul bazası 5,6 faiz artıb - Mərkəzi Bank

2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası 5,6% artıb.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Elman Rüstəmov konfransda qeyd edib ki, ilin qalan dövründə pul təklifinin dinamikası xəzinə hesabının dəyişimi və dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.