• 1 Dekabr 2020
logo
Bu il kreditlərin 97,6 faizi banklar tərəfindən verilib

Bu il kreditlərin 97,6 faizi banklar tərəfindən verilib

Sentyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 865,5 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 11 milyard 272,1 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,6 faizi banklar, 2,4 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 491,3 milyon manat olub və ümumi kredit portfelinin 10,8 faizini təşkil edib.