Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işləri aparılır.
Bu barədə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən aparır.
"Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora, yəqin ki, elektrik qatarları üçün yolun tikintisi vacib olacaq", - deyə C. Qurbanov qeyd edib.