• 1 Dekabr 2020
logo
Nazir: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır

Nazir: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır

Azərbaycanda elektron ticarətin ümumi ticarətdə payı 14 faiz təşkil edir.
Bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.
Nazir bildirib ki, yaxın illərdə dünyada elektron ticarət sürətlə inkişaf edəcək:
“Ölkəmiz də istisna deyil. Azərbaycanda elektron ticarətin inkişafı üçün zəruri şərait mövcuddur. Texnoloji innovasiyalar elektron ticarətdə yeni imkanlar açır”.
R.Quluzadənin sözlərinə görə, hazırda Azərbaycanda internet istifadəçiləri arasında xarici elektron ticarət platformaları daha populyardır:
“Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızı xarici bazarlara çıxarmaqla elektron ticarəti təşviq etməkdir”.