ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin dəyəri 3,57% azalaraq 1 barelə görə 70,96 dollar təşkil edib.
Sonuncu dəfə "Brent"in qiyməti 71 dollardan aşağı 10 iyun 2021-ci il tarixində qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,9% azalaraq 68,76 dollar təşkil edib.