• 22 Noyabr 2019
logo
add image
Bal yarmarkasının sonuncu günü məhsullara endirim edilib

Bal yarmarkasının sonuncu günü məhsullara endirim edilib

Bakıda keçirilən bal yarmarkasının bu gün sonuncu günüdür. Yarmarkanın sonuncu günü bir çox arıçı məhsullara endirim edib.
Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC mərkəzinin mətbuat katibi Mayis Musayev bildirib.
Onun sözlərinə görə, arıçıların çoxu uzaq rayonlardan gəldiyinə görə qalan məhsulları geri qaytarmaq istəmirlər:
"Ona görə də məhsulları endirimlə alıcılara təklif edirlər. Maksimum endirim isə 30 faizdir”.
Qeyd edək ki, sentyabrın 28-dən etibarən Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Yarmarkada Daşkəsən, Oğuz, Zaqatala, Balakən, Astara, Lerik və digər bölgələrdən gətirilən arıçılıq təsərrüfatı məhsulları müştərilərə təqdim olunur. Bal yarmarkasının ilk 10 günündə 20 tondan artıq bal satılıb.