• 1 İyun 2023
logo
Azərbaycanda mikrosahibkarlıq subyektlərinin sayı 9% artıb

Azərbaycanda mikrosahibkarlıq subyektlərinin sayı 9% artıb

Azərbaycanda iyulun 1-i tarixinə mövcud olan mikrosahibkarlıq subyektlərinin sayı açıqlanıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, iyulun 1-nə ölkədəki mikrosahibkarlıq subyektlərinin sayı 133 844 olub. Bu göstərici son bir ildə 11 103 vahid və ya 9% çoxdur. Belə ki, 2020-ci ilin iyulun 1-i tarixinə ölkədəki mikrosahibkarlıq subyektlərinin sayı 122 741-ə bərabər idi.