• 22 Noyabr 2019
logo
add image
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirilib

Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını quran şəxslərin əl işlərindən ibarət “Bazarını yarat” adlı sərgi-satış yarmarkası keçirilib.
Nazirlikdən verilən məlumata görə, məqsəd aztəminatlı ailələrə hazırladıqları məhsulların satışında və qazanc əldə etmələrində kömək göstərmək olub.
Nizami Kino Mərkəzində keçirilən yarmarkada özünüməşğulluq proqramı iştirakçıları ilə bərabər, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən 5 sahibkar və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin üzvləri olan sağlamlıq imkanları məhdud uşaqlar da iştirak edib. Yarmarkada ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər, araxçınlar, şirniyyat məmulatları təqdim olunub.
“Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi planlaşdırılır.