• 13 Fevral 2025
logo
Azərbaycanda II rübdə qaz istehlakı azalıb

Azərbaycanda II rübdə qaz istehlakı azalıb

Bu ilin II rübündə Azərbaycan daxilində qazın faktiki istehlak səviyyəsi 2 157 463 036 kubmetr olub ki, bu da illik müqayisədə 3,4% azdır.

Bu barədə "APA-Economics" SOCAR-ın rüblük hesabatına istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkədə qazın istehlak səviyyəsi 2 233 700 000 kubmetr olub.

Xatırladaq ki, Azərbaycanda təbii qazın istehlakçılara paylanması və satışını SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi həyata keçirir.