• 9 İyun 2023
logo
Azərbaycan əhalisi iyunda əczaçılıq məhsullarına 80 mln. manat xərcləyib

Azərbaycan əhalisi iyunda əczaçılıq məhsullarına 80 mln. manat xərcləyib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 433,9 mln. manat xərclənib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 35,7% artıb.
Cari ilin iyun ayında satışların həcmi 80 mln. manat təşkil edib ki, bu da may ayı ilə müqayisədə 14% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub, bu da illik müqayisədə 0,5 faiz bəndi çoxdur.