• 19 Fevral 2025
logo
"Şah İsmayıl Xətai" və "Cəfər Cabbarlı" metrostansiyalarını birləşdirən yeni yol istifadəyə verilib

"Şah İsmayıl Xətai" və "Cəfər Cabbarlı" metrostansiyalarını birləşdirən yeni yol istifadəyə verilib

"Bakı Metropoliteni"nin "Şah İsmayıl Xətai" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən 2 saylı yol istifadəyə verilib.

Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, uzun müddətdir təmirə bağlanan 2-ci yol bu gündən fəaliyyətə başlayır: "Bu gündən etibarən stansiyanın 1-ci yolu təmirə dayandırılır. Təmirə dayanan stansiya yolu təxminən 2 ilə təhvil veriləcək".