Fuad Hüseynzadə: “Bu bölgü yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır”
“Bu gün dövlətimizin siyasətinin əsas hədəflərindən biri regionların sosial-qtisadi inkişafıdır. Əlbəttə, bununda da əsas məqsəd Azərbaycanı qabaqcıl ölkələr səviyyəsinə çatdırmaqdır. Məhz bu məqsədə nail olmaq üçün Prezident İlham Əliyev tərəfindən regiaonların inkişaf etdrilməsi üçün Dövlət Proqramları təsdiq edilib. Bundan başqa regionların inkişafı ilə bağlı Prezident 50-dən çox sərəncam imzalayıb. Bu gün Prezident İlham Əliyevin əsas strateji məqsədi ondan ibarətdir ki, bütün bölgələr monolit dövlət modelinin qurulması prosesində fəal iştirak etsin”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının qəbul edilməsi regionlarla paytaxt arasında fərqin azaldılmasına, bölgələrin sürətli inkişafına, yerli potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin tərəqqisinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına yol açır: “Ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün regionların inkişafı çox önəmlidir. Bu baxımdan “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı mühüm əhəmiyyət kəsb edir. Yeni bölgü azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə, işlərin vahid proqram əsasında aparılmasına əhəmiyyətli töhfə verəcək. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsi prioritetdir. Çünki bu ərazilər hələ Sovet hakimiyyəti illərində beynəlxalq turist marşurutlarına daxil edilmiş ən mühüm turizm mərkəzləri olub. Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və siyasəti hazırlanır. Turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq İşğaldan azad edilmiş ərazilərin turizm potensialı bu sahənin büdcə gəlirlərində payının daha da artmasına kömək edəcəkdir.
Ümumiyyətlə, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü Vətən müharibəsində əldə edilmiş parlaq qələbənin daha bir uğurlu nəticəsidir. Bu bölgü yalnız iqtisadi deyil, həm də gələcəyə yönəlmiş mühüm siyasi-strateji qərardır. Çünki Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi mövcud reallıqlara əsaslanır. Bu fərmanın verilməsi, eyni zamanda tarixi zərurtədən irəli gəlir. Bununla, bir daha gördük ki, “Dağlıq Qarabağ” istər münaqişə, istər termin, istərsə də qondarma bölgü olaraq tarixdə qalmış oldu”.
Əli Zülfüqaroğlu