• 16 İyul 2019
logo
add image
Stolüstü tennisçilərimiz Çində beynəlxalq turnirdə iştirak edəcəklər

Stolüstü tennisçilərimiz Çində beynəlxalq turnirdə iştirak edəcəklər

İyunun 25-27-də Çində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, beynəlxalq turnirdə qızlardan ibarət komandamızın üzvlərindən Arzu Aslanova, Mərziyyə Nürmətova, Ləman Abdülhəmidova, Mehriban Dadaşova iştirak edəcəklər. Oğlanların yarışında isə Adil Əhmədzadə, Hüseyn Eylazov, Emin Məmmədov, Kənan Pənahov mübarizə aparacaqlar.
Stolüstü tennisçilərimiz iyunun 12-dən 22-dək Çində təlim-məşq toplanışında iştirak ediblər.