• 19 Fevral 2025
logo
”OPEC+” hasilatın artırılması barədə danışıqları bu gün də davam etdirəcək

”OPEC+” hasilatın artırılması barədə danışıqları bu gün də davam etdirəcək

”OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri bu gün iyul ayından sonrakı dövr üçün neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın taleyi ilə bağlı danışıqlarını davam edəcəklər.

Dünən keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyiblər.
Məlumata görə, “OPEC+” texniki komitəsinin iclası Bakı vaxtı ilə 16:00-da, bütün razılaşma iştirakçılarının nazirlərinin iclası isə 18:30-da baş tutacaq.

Qeyd edək ki, “OPEC+” ölkələri gündəlik neft hasilatının artırılması məsələsini müzakirə edir.