• 5 Fevral 2023
logo
Azərbaycan Çindən idxalı cüzi artırıb

Azərbaycan Çindən idxalı cüzi artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Çin ilə apardığı ticarət mübadiləsinin həcmi 677,905 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 7,2% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycandan Çinə ixracın həcmi 120,996 mln. dollar təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 36% azdır. İdxalın həcmi isə 556,909 mln. dollara bərabər olub ki, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9% çoxdur.

Nəticədə, 2021-ci ilin yanvar-may aylarında 435,914 mln. dollarlıq mənfi saldo yaranıb, bu göstərici illik müqayisədə 23,8% artıb.