• 27 Yanvar 2023
logo
Dünya Bankı: Azərbaycan üzrə tərəfdaşlıq strategiyası gələn ilin iyununda hazır ola bilər

Dünya Bankı: Azərbaycan üzrə tərəfdaşlıq strategiyası gələn ilin iyununda hazır ola bilər

Dünya Bankı ölkələr üzrə tərəfdaşlıq strategiyalarının hazırlanmasına yeni növ koronavirus (COVID-19) pandemiyası bitdikdən sonra başlayacaq.

Bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dünya Bankı bütün ölkələr üzrə tərəfdaşlıq strategiyalarının hazırlanmasını pandemiya səbəbindən dayandırıb: "Ölkələr üzrə beşillik tərəfdaşlıq strategiyalarımızın hazırlanmasını pandemiyaya görə dayandırmışıq. Çünki hazırda pandemiyadan sonra vəziyyətin necə olacağını demək çətindir. Azərbaycan üzrə də növbəti beşillik strategiyamızın da hazırlanması bu səbəbdən ləngiyib".

S. Maykl əlavə edib ki, Dünya Bankının Azərbaycan üzrə hazırlanacaq yeni beşillik (2021-2025-ci illər) tərəfdaşlıq strategiyası Azərbaycan hökumətinin hazırladığı milli inkişaf strategiyasına əsaslanacaq. Strategiyada işğaldan azad edilmiş ərazilərin bərpası da yer alacaq.

"Biz strategiyamızı Azərbaycan hökumətinin çıxış etdiyi prioritetlərdən irəli gəlib hazırlayacağıq. Ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının gələn ilin iyun ayında tam hazır olacağı gözlənilir", - deyə S. Maykl bildirib.

Bankın rəsmisi onu da əlavə edib ki, yeni layihələrin maliyyələşdirilməsinə strategiyasız da başlanıla bilər.