• 1 Fevral 2023
logo
Azərbaycanda icbari tibbi sığorta üzrə dövlət büdcəsinə 217 mln. manata yaxın vəsait ödənilib

Azərbaycanda icbari tibbi sığorta üzrə dövlət büdcəsinə 217 mln. manata yaxın vəsait ödənilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari tibbi sığorta haqları üzrə dövlət büdcəsinə 216,8 mln. manat vəsait ödənilib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, bu göstərici proqnoza nisbətən 10,7% çoxdur.

"İcbari tibbi sığorta sisteminin tətbiqi sosial iqtisadi inkişaf üçün yeni mərhələdir", - nazir qeyd edib.