• 19 Aprel 2024
logo
AMB: Kreditlərə tələbin artması bəzi banklarda faizlərin yüksəlməsi ilə nəticələnir

AMB: Kreditlərə tələbin artması bəzi banklarda faizlərin yüksəlməsi ilə nəticələnir

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
Bildirilir ki, mayın əvvəlindən dövlət qiymətli kağızlarının gəlirliyi azalıb, depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik baş verməyib.

AMB qeyd edir ki, kreditlərə tələbin tədricən artması bəzi bank qrupları üzrə depozit və kredit faizlərinə artırıcı təsir edir.