• 5 Fevral 2023
logo
Azərbaycan və Türkiyə İT sahəsində birgə kadrların hazırlanması imkanlarını müzakirə edib

Azərbaycan və Türkiyə İT sahəsində birgə kadrların hazırlanması imkanlarını müzakirə edib

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkədə səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə insan resursları sahəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub.
Türkiyə tərəfi ilə Azərbaycanda innovasiyaların təşviqinə yönəlmiş kadr potensialının hazırlanması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.