• 12 İyul 2025
logo
Azərbaycan və Ukrayna energetika sahəsində bir sıra məsələyə dair razılıq əldə edib

Azərbaycan və Ukrayna energetika sahəsində bir sıra məsələyə dair razılıq əldə edib

Energetika sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun IV iclası keçirilib.

Ukraynanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iclas Ukraynanın Energetika Nazirinin müavini Y. Demçenkov və Azərbaycan Respublikasının Energetika Nazirinin müavini K. Abbasovun sədrliyi ilə keçib.
Tərəflər energetika sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı ilə bağlı məsələlərdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı anlaşma səviyyəsini yüksək dəyərləndiriblər.

İclasda bir sıra məsələyə dair razılıq əldə edilib. Belə ki, tərəflər neft nəqli sahəsində layihələrin həyata keçirilməsi çərçivəsində qarşılıqlı əlaqələrin davam etdirilməsi, Ukraynada SOCAR-ın fəaliyyətinin diversifikasiyası və Azərbaycan şirkətlərinin neft məhsulları bazarında iştirakının artırılması, neft-qaz sahəsində investisiya layihələrinin birgə gerçəkləşdirilməsi, "yaşıl" energetikanın inkişafı kontekstində təcrübə mübadiləsi,

energetika bazarlarının tənzimlənməsi üzrə effektiv mexanizmlərin tətbiqi, enerji effektivliyi və enerji qənaəti sahəsində əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə olunub..

İşçi qrupunun növbəti iclasının 2022-ci ildə keçirilməsi barədə razılıq əldə edilib.