• 19 Aprel 2024
logo
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2 mlrd. dollara yaxınlaşır

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2 mlrd. dollara yaxınlaşır

Bu ilin yanvar-may aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 1,867 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,2% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,207 mlrd. dollar təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 3,4% azdır. İdxalın həcmi isə 660,433 mln. dollara bərabər olub ki, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5% çoxdur.
Nəticədə, 2021-ci ilin yanvar-may aylarında 546,582 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 14% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.

Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.