• 19 Aprel 2024
logo
Rusiyada dizelin qiyməti tarixi maksimuma çatıb

Rusiyada dizelin qiyməti tarixi maksimuma çatıb

Sankt-Peterburq Beynəlxalq Əmtəə Birjasında (SPIMEX) dizel yanacağının dəyəri 2018-ci ildən bəri bütün müşahidələr tarixi dövrünün maksimumuna çatıb.

"APA-Economics" "Prime"a istinadən xəbər verir ki, çərşənbə axşamı günü keçirilən ticarət sessiyası nəticəsində, milli indeksə görə, yay dizel yanacağının birja qiyməti 0,28% artaraq tonu üçün 52,615 rubla (0,73 ABŞ dolları) çatıb, ayın əvvəlindən indeks 2,21% artıb.

Rusiyanın daxili bazarında yanacaq qiymətlərini qoruyub-saxlamaq üçün dempfir mexanizmi yaradılıb. Ümumiyyətlə, benzin və dizel yanacağının ixrac qiyməti Rusiya daxilindəki şərti qiymətlərdən yüksəkdirsə, dövlət tərəfindən neft şirkətlərinə bu fərqin bir hissəsi kompensasiya olunur. Rusiya daxilində qiymətlər ixrac qiymətlərindən yüksəkdirsə, neftçilər daxili yanacaq satışlarından əldə etdikləri qazancın bir hissəsini dövlətə köçürür.