• 31 Yanvar 2023
logo
"Azərkosmos"a yeni sədr təyin edilib

"Azərkosmos"a yeni sədr təyin edilib

Saməddin Əsədov “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, o, bu vəzifəyə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təyin olunub. S. Əsədov bu vəzifəni müvəqqəti icra edən Rövşən Rüstəmovu (hazırda Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiya nazirinin müavini – red.) əvəz edib.

Xatırladaq ki, S. Əsədov bundan öncə ASC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.