• 27 Yanvar 2023
logo
Azərbaycanda qaz hasilatı artıb

Azərbaycanda qaz hasilatı artıb

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda təbii qaz hasilatı 17 milyard kubmetri, o cümlədən əmtəə qazının hasilatı 12,5 milyard kubmetri ötüb.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 3,4 və 7,7 faiz artıb.

Hesabat dövründə neft və qaz kondensatının hasilatı 14,3 milyon tona bərabər olub ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 6,2 faiz azdır.

2021-ci il iyunun 1-ə olan vəziyyətə görə, hazır neft məhsulları ehtiyatı 303,2 min ton təşkil edib.