Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə 43,3 mln. ton yük, 445,6 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,3% və 18% azdır.
Sərnişinlərin 91,6%-i avtobus, 8,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 13,2%, sərnişin dövriyyəsi isə 12% azalıb.