• 1 İyul 2025
logo
Azərbaycan qızıl hasilatını artırıb

Azərbaycan qızıl hasilatını artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 444,6 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Təkcə may ayında 317,4 kq qızıl istehsal olunub ki, bu da aprel ayı ilə müqayisədə 6,6% çoxdur.

Hesabat dövründə ölkədə 2 061,4 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artıb. Təkcə may ayında isə 433 kq gümüş hasil olunub ki, bu da aprel ayı ilə müqayisədə 3,1% artıb.