• 20 Aprel 2024
logo
Azərbaycanda əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır

Azərbaycanda əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır

Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi yoxlamaların elektronlaşdırılması istiqamətində işlər aparılır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması bağlı elan edilmiş monitorinq müddəti 2021-ci ilin sonuna qədərdir.
Nazir hesab edir ki, yoxlamaların dayandırılması biznesin inkişafı üçün çox geniş imkanlar yaradır və dövlət tərəfindən onların üzərindəki inzibati yükü azaldır: "Müvafiq dövlət qurumları tərəfindən yoxlamaların həyata keçirilməsi sahəsində inzibati praktikaların təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamalar əsasən DƏMX-in həyata keçirdiyi yoxlamalar idi. Ona görə də bu çərçivədə DƏMX tərəfindən yoxlamaların elektronlaşdırılması, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır. DƏMX tərəfindən əmək bazarında elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır. Amma monitorinq dayandırılandan sonra həyata keçirilə biləcək səyyar yoxlamaların inzibati icraat praktikası da təkmilləşdiriləcək. Hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu, daha vacibdir".