• 27 Yanvar 2023
logo
Azərbaycanda ilk dəfə gübrə və toxum səpinində dronlardan istifadə olunacaq

Azərbaycanda ilk dəfə gübrə və toxum səpinində dronlardan istifadə olunacaq

Azərbaycanda ilk dəfə olaraq gübrə və toxum səpmə funksiyasını icra edən aqro-dronlar sınaqdan keçirilib.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, bu dronlar sabah işinə başlayacaq 14-cü "CaspianAgro" beynəlxalq kənd təsərrüfatı sərgisində nümayiş olunacaq: "Yeniliklərdən biri də sahədəki ayalı skan edən və dərmanlayan aqro-dronlardir. Bu dronlar həm dağlıq, həm də düzənlik ərazilərdə sınaqdan keçirilib və yüksək nəticələr əldə edilib. Dronlar fermerlərə olduqca münasib qiymətlərlə icarəyə veriləcək".