• 6 Fevral 2023
logo
Mikro və kiçik sahibkarlar ixtisaslaşmış sərgilərdə

Mikro və kiçik sahibkarlar ixtisaslaşmış sərgilərdə

Sahibkarlar koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, 10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan 2021” sərgilərində mikro və kiçik sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.

KOBİA-nın dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə Bakı və Gəncə şəhərlərindən, Abşeron, Qəbələ və Zaqatala rayonlarından olan mikro və kiçik sahibkarlar tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunacaq.