• 27 İyul 2024
logo
Səfir: "Bakıdan Lvov və Dnepropetrovska aviareyslərin açılması gözlənilir"

Səfir: "Bakıdan Lvov və Dnepropetrovska aviareyslərin açılması gözlənilir"

Yeni növ koronavirus (COVID-19) pandemiyasının səngiməsini və yay mövsümünün başlanmasını nəzərə alaraq, Bakı-Kiyev aviareysi üzrə uçuşların sayının artırılması planlaşdırılır.

Bunu Azərbaycan paytaxtında təşkil olunmuş "Bakıda Kiyev Günləri" ("Days of Kyiv in Baku") adlı tədbirin mətbuat konfransında çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
"Hazırda yeni istiqamətlər üzrə, yeni uçuşların işə düşməsi üçün işlər görülür və bu yaxınlarda Bakıdan Lvova və Dnepropetrovska yeni aviareyslərin açılması gözlənilir", - V. Kanevski bildirib.

Səfir onu da qeyd edib ki, hazırda sözügedən reyslərin açılmasının detalları dəqiqləşdirilir.