• 29 Yanvar 2023
logo
Gürcüstan - Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası müzakirə olunur

Gürcüstan - Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası müzakirə olunur

Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası məsələsi müzakirə olunur.

Trend bu barədə "Gürcüstan Dəmir Yolları" idarəsinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə qatar reysləri Azərbaycanın quru sərhədlərinin açılmasından sonra işə düşəcək.

Qeyd edək ki, həmnin marşrut üzrə reyslər koronavirus pandemiyası ilə əlaqədar ötən ilin martından dayandırılmışdı.