• 28 Yanvar 2023
logo
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar yerinə yetiriləcək

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar yerinə yetiriləcək

İyun ayında Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlara başlanacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, iyunun 23-dən etibarən Rusiyanın "S7 Airlines" aviaşirkəti Krasnoyars-Bakı-Krasnoyarsk aviareysi üzrə birbaşa uçuşlara start verəcək: "Krasnoyarskdan Bakıya təyyarə saat 15:35-də, əks istiqamətdə isə 22:00-da uçacaq. Uçuşlar "Airbus-320" laynerləri ilə həyata keçiriləcək".
Qeyd edək ki, "S7 Airlines" şirkəti iyunun 2-dən etibarən Novosibirskdən Bakıya birbaşa uçuşlara başlayıb. Aviaşirkət iyunun 15-dən etibarən isə Samara-Bakı-Samara aviareysi üzrə də uçuşlar yerinə yetirəcək.

Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.