• 6 Fevral 2023
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 45 mln. dollar cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 45 mln. dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 44,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (1 iyun 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 29,3% azalıb.