• 28 Sentyabr 2022
logo
"Qazprom" bu il qaz hasilatını 12% artıra bilər

"Qazprom" bu il qaz hasilatını 12% artıra bilər

Rusiyanın “Qazprom” şirkəti 2021-ci il üçün qaz hasilatı üzrə proqnozunu 506,5 mlrd. kubmetrədək artırıb.

“APA-Economics”in məlumatına görə, bu barədə Rusiya mətbuatı “Qazprom”un İdarə Heyətinin sədrinin müavini Vitali Markelova istinadən xəbər verir.
Məlumata əsasən, öncəki proqnoza görə, 2021-ci ildə şirkət üzrə qaz hasilatı 496,9 mlrd. kubmetr olacağı ehtimal edirdi.

Qeyd olunur ki, 2020-ci ildə “Qazprom” 453,5 mlrd. kubmetr qaz hasil edib. Beləliklə, illik müqayisədə 2021-ci ildə şirkət tərəfindən 11,7% çox qaz hasil edilə bilər.