• 6 İyul 2025
logo
Ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub - Samir Şərifov

Ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub - Samir Şərifov

Ağır iqtisadi fəsadlara baxmayaraq ötən il dövlət büdcəsinin bütün sosial öhdəlikəri icra olunub.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci il üçün nəzərdə tutulan bütün sosial layihələrin maliyyələşdirilməsi tam təmin olunub.

S.Şərifov həmçinin qeyd edib ki, tezliklə öz doğma məskənlərinə dönəcək məcburi köçkünlərlə bağlı işlər də davam etdirilir: “Eyni zamanda ötən il hərbi qulluqçulara 485 mənzil verilib”.