• 17 Yanvar 2025
logo
Nazir: Qazaxıstan gələcəkd

Nazir: Qazaxıstan gələcəkd

Qazaxıstan hələlik “Kaşaqan”, “Tengiz”, “Karaçaqanaq” neft yataqlarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunması üçün kifayət qədər həcmə malik deyil, amma digər yataqlardan neft bu kəmərlə nəql oluna bilər.

Bunu Qazaxıstanın Energetika naziri Kanat Bozumbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasından sonra brifinqdə deyib.

Nazir bildirib ki, “Kaşaqan”, “Tengiz”, “Karaçaqanaq” yataqlarında hasilatın artırılacaq:

“2022-2023-cü illərdə biz “Tengiz” yatağından hasilatı ildə 12-13 milyon tona çatdırmağı planlaşdırırıq”.

O əlavə edib ki, Qazaxıstanın digər yataqlarından neftin Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəqli ildə 3-4 milyon tonadək çata bilər.