• 7 Oktyabr 2022
logo
Bu iş və xidmət sahələrindən işçilərinin ən azı 80 faizinin COVID-19 pasportu olması tələb olunacaq

Bu iş və xidmət sahələrindən işçilərinin ən azı 80 faizinin COVID-19 pasportu olması tələb olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.