• 10 Dekabr 2019
logo
add image
Nazir: Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır

Nazir: Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır

Yaxın zamanlarda Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlıq sazişinin imzalanması, eləcə də Azərbaycan vətəndaşlarının vizasız qarşılıqlı gediş-gəlişi barədə sazişə dəyişikliklərin edilməsi planlaşdırılır.
Bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.
Nazir bildirib ki, layihəyə əsasən Azərbaycan vətəndaşları Qazaxıstan ərazisində 30 gün ərzində qeydiyyatsız qala bilər, bu müddət başa çatdıqdan sonra onlar qeydiyyatdan keçərək daha 60 gün ərzində bu ölkədə yaşaya bilər.