• 3 Dekabr 2021
logo
Türkiyədən Çinə Azərbaycan vasitəsilə daha iki yük qatarı hərəkət edəcək

Türkiyədən Çinə Azərbaycan vasitəsilə daha iki yük qatarı hərəkət edəcək

Türkiyədən Çinə Azərbaycandan tranzitlə daha iki ixrac yük qatarı hərəkət edəcək.

Trend bu barədə Türkiyə Dövlət Dəmir Yolları idarəsinə istinadən məlumat verir.

41 konteynerdən ibarət yük qatarları Gürcüstan, Azərbaycan, Xəzər dənizi və Qazaxıstandan keçməklə Çinin Sian şəhərinə çatacaq.

Yükün 2 həftəyə Çinə çatması planlaşdırılır. Konteynerlər 2 250 tondan çox tikinti materialı və melamin örtüyü daşıyır.