• 2 Oktyabr 2022
logo
Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi kəskin azalıb

Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi kəskin azalıb

Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsində kəskin azalma qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 620,1 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 73,1% azdır.
Təkcə aprel ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 33,4% azalaraq 138,3 min kvadrat metr təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-aprel aylarında yaşayış evlərinin tikintisinə 304 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 26,3% azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.