• 8 Dekabr 2021
logo
Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını azaldıb

Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını azaldıb

2021-ci ilin birinci rübündə Azərbaycan bankları nağd valyuta alqı-satqısı əməliyyatlarını iki dəfə azaldıb.

Trend bu barədə Mərkəzi Bankın pul-kredit siyasəti icmalına istinadən məlumat verir.

Hesabat dövründə 1,1 milyard dollar həcmində nağd valyuta alqı-satqısı baş tutub. Bu əməliyyatlarda ABŞ dollarının payı 89 faiz təşkil edib.

Bu ilin birinci rübündə Azərbaycanın nağdsız valyuta bazarı 5,9 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azdır. Bu məbləğin 85,6 faiz ABŞ dollarının payına düşüb.

Mərkəzi Bankın hesabatına əsasən, yanvar-mart aylarında nağdsız əməliyyatların 69,4 faizi bankdaxili, 30,6 faizi banklararası valyuta bazarının payına düşüb.