• 10 Oktyabr 2024
logo
Nazir: “SOCAR Trading” dünya bazarına 1,6 milyon ton Qazaxıstan nefti çıxarıb

Nazir: “SOCAR Trading” dünya bazarına 1,6 milyon ton Qazaxıstan nefti çıxarıb

“SOCAR Trading” şirkəti 2019-cu ilin ilk doqquz ayı ərzində dünya bazarına 1,6 milyon ton Qazaxıstan nefti çıxarıb.
Bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.
Nazir bildirib ki, bütün 2018-ci il ərzində bu göstərici 1,5 milyon ton təşkil etmişdi.
P.Şahbazov əlavə edib ki, Qazaxıstanın “KazTransQaz” şirkəti Azərbaycan ərazisindən mayeləşdirilmiş təbii qazın tranzitində maraqlıdır.
Onun sözlərinə görə, ayda 10-15 min ton mayeləşdirilmiş təbii qaz tədarük etmək imkanı var və indi tariflərin optimallaşdırılması üzrə iş gedir.