• 4 İyul 2025
logo
Azərbaycandan Türkiyəyə konteyner nəql ediləcək

Azərbaycandan Türkiyəyə konteyner nəql ediləcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Container" MMC Türkiyə istiqamətində konteyner nəqlini davam etdirir.

Bu barədə MMC-nin mətbuat xidmətindən bildiriblər

Qeyd olunub ki, ümumilikdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına müxtəlif yüklər daşıyan 40 futluq 141 konteyner gətirilib:

"Bu konteynerlər aşırıldıqdan sonra onların üç blok-qatarla Türkiyəyə nəqli planlaşdırılır".