• 13 İyul 2025
logo
Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 34,6 mln. ton yük, 355 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,8% və 22,4% azalma qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 92,1%-i avtobus, 7,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 20,6%, sərnişin dövriyyəsi isə 18,6% azalıb.