• 3 Dekabr 2021
logo
Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımalar artıb

Azərbaycanda dəmiryol nəqliyyatı ilə yükdaşımalar artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmiryol nəqliyyatı ilə 4,9 mln. ton yük və 689,2 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 1,9%-lik artım, sərnişin daşınmasında isə 38,5%-lik azalma müşahidə olunub.
Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 387 vaqon yüklənilib, 330 vaqon isə boşaldılıb.

"Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,9 min ton, Qərb istiqaməti üzrə 3,1 min ton, Cənub istiqaməti üzrə isə 1 ton yüklənmə işi yerinə yetirilib", - komitədən bildirilib.